bookmate game
az
Cerom Devid Selincer

Çovdarlıqda uçurumdan qoruyan

Benachrichtigen, wenn das Buch hinzugefügt wird
Um dieses Buch zu lesen laden Sie eine EPUB- oder FB2-Datei zu Bookmate hoch. Wie lade ich ein Buch hoch?
“Çovdarlıqda uçurumdan qoruyan” romanı amerikalı yazıçı Cerom Devid Selincer tərəfindən 1951-ci ildə qələmə alınmışdır. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanmış və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanı üzərində doqquz il işləmişdir. Amarika yazıçısı Cerom Devid Selincer (1919 — 2010) hələ gənc yaşlarından, Pensilvaniyada hərbi məktəbdə təhsil aldığı illərdə məktəb qəzetlərində köşə yazarı kimi çalışmış, bir müddət sonra isə o, hekayələr yazmağa başlamışdır. Yazıçının ilk əsəri “Gənc adamlar” hekayəsi 1940-cı ildə işıq üzü görüb. Ona dünya şöhrətini qazandıran əsəri isə 1951-ci ildə yazdığı yeganə romanı “Çovdarlıqda uçurumdan qoruyan” olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdır.
Dieses Buch ist zurzeit nicht verfügbar
244 Druckseiten
Copyright-Inhaber
Qanun Nəşriyyatı
Haben Sie es bereits gelesen? Was halten sie davon?
👍👎

Ersteindruck

  • Naz Rzadeh 🇦🇿⚜hat einen Ersteindruck geteiltvor 8 Jahren
    👍Lesenswert
    😄LOLZ

    Her hansı bir eseri oxuyan zaman bu qeder güldüyümü heç xatırlamıram. 16 yaşlı Holdenin başına gelen ehvalatlar ve ehvalatların Holdenin dilinden şerhini oxumaq çox maraqlıdır. Ya tercümeçisi ela komik bedii tercüme edib ya da yazar komik şexsdi. Holden çox deyingendi, heç kesi beyenmir. Amma en sonda öz evvelki fikirlerinin tam tersini etiraf edir...

  • Şəbnəm Kurbanlıhat einen Ersteindruck geteiltvor 7 Jahren
    👍Lesenswert
    🎯Lesenswert
    😄LOLZ

    M.Antolini- O uçurum ki sən ona doğru gedirsən, çox qorxunc və çox dəhşətli bir uçurumdur.Oraya düşən adam heç vaxt gedib dibinə çatmır. Bütün ömrü boyu üzüaşağı yuvarlana-yuvarlana qalır. Bilirsən, o adamlar ki ömür-günün hansı bir anındasa içində yaşadıqları adi mühitdə mümkünsüz bir şey axtarmağa başlayırlar, onların hamısının aqibəti bu cür olur.Daha doğrusu, onlar elə fikirləşirlər ki, yaşadıqları mühitdə özləri üçün yararlı olan heç nə tapa bilməyəcəklər.Ona görə ruhdan düşürlər.Hətta heç axtarmağa başlamamışdan əvvəl ruhdan düşürlər.Tuta bilirsən mənim fikrimi?

  • Fuad Sherifovhat einen Ersteindruck geteiltvor 8 Jahren
    👍Lesenswert

    Hər il təkrar-təkrar oxunmalı kitabdır. Mən son 2 ildə 2 dəfə oxudum, amma hələ də doymadım bu kitabdan. Gəncsənsə, mütləq bu kitabı oxu, əks halda yaşa dolanda məncə ləzzət eləməyəcək.

    P.S. Amma oxuyandan sonra Con Lennonu öldürən kimi də etmə...

Zitate

  • AytacNazhat Zitat gemachtvor 8 Jahren
    Mənə ən çox təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində deyəsən ki, kaş bunu yazan mənim çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim
  • AytacNazhat Zitat gemachtvor 8 Jahren
    Camaata həmişə elə gəlir ki, hər şeyi düz bilirlər
  • AytacNazhat Zitat gemachtvor 8 Jahren
    Bu camaat heç vaxt yaxşı şeyi görmək istəmir

In Regalen

fb2epub
Ziehen Sie Ihre Dateien herüber (nicht mehr als fünf auf einmal)