Çingiz Abdullayev

Məhşər ayağında

Benachrichtigen, wenn das Buch hinzugefügt wird
Um dieses Buch zu lesen laden Sie eine EPUB- oder FB2-Datei zu Bookmate hoch. Wie lade ich ein Buch hoch?
  • Mehdi Esgerzadehat Zitat gemachtvor 4 Jahren
    Ön söz əvəzi
    Bu görüş onun yaddaşına ömürlük həkk olundu. Onu məhz belə agentlər üçün nəzərdə tutulmuş Moskva yaxınlığındakı bağa gətirdilər. Aeroporta da elə buradan getməli idi. Hər şey öncədən danışılıb həll olunmuşdu. Qalan bircə bu son görüş idi. Bu görüşdən sonra o, mövcud olmayacaqdı. Daha doğrusu, onun tərcümeyi-halını və adını daşıyan insanın mövcudluğu bitəcəkdi. Onun əvəzinə başqa birisi – tərcümeyi-halı, milliyyəti və həyat tərzi tam fərqli olan bir insan “doğulmalıydı”.

    Qüdrətli DTK sədrinin qəribə xasiyyətinə görə, o, yola düşməzdən əvvəl onunla görüşməli idi. Ola bilsin ki, bu əməliyyatın son dərəcə mühümlüyündən irəli gəlirdi, bəlkə də indiyə qədər qüdrətli Sədrin köməkçisi işləmiş — və vəzifəsinə təzəcə təyin olunmuş yeni kəşfiyyat rəisinin ilk ciddi sınağı idi
  • Agil Aghamirzehat Zitat gemachtvor 4 Jahren
    Öz arvadı ilə xəyanət idi. Axı yalnız sevdiklərinə xəyanət edirlər. Sevilməyənləri aldadırlar.
  • Intizar Sübhanhat Zitat gemachtvor 8 Jahren
    Kryuçkov masanın arxasına əyləşib iclası başladı.
  • Arif Ariflihat Zitat gemachtvor 8 Jahren
    elə bil onu keçmiş həyatı, şən uşaqlığı, anası, məktəb dostları ilə, onun üçün qiymətli, unudulmaz olan hər şeylə bağlayan yeganə tel qırılmışdı.
  • Arif Ariflihat Zitat gemachtvor 8 Jahren
    sanki xatirələrlə dolu köhnə lent illər ötdükcə qırılırdı, yenisini isə düzəldə bilməmişdilər.
  • b0497577606hat Zitat gemachtvor 9 Jahren
    9

    Drozdov Nyu-Yorkdan aldığı məlumata inana bilmirdi. O, mətni dəfələrlə oxuyur, onu dərk etməyə çalışırdı. Və nəhayət, yazılanları dərk edəndən sonra selektorun düyməsini basdı:
    — Polkovnik Trapakovu yanıma çağırın. Təcili!
    Onun idarəsinin əməkdaşı Trapakov on bir il öncə Kamalın Qərbə göndərilməsi əməliyyatının hazırlığında iştirak edənlərdən biri idi. Bu illər ərzində o, polkovnik olmuş və əvvəllər işlədiyi səkkizinci şöbədən keçib “S” idarəsinin rəhbərlərindən biri olmuşdu. Trapakov bir qədər axsayaraq Drozdovun kabinetinə keçdi. General təəccüblə ona baxdı.
    — Ayağınıza nə olub?
    — Mənə elə gəlir ki, sadəcə, əzələsi zədələnib, — deyə Trapakov cavab verdi.
    Onun qırx dörd yaşı vardı və öz yaşına görə olduqca cavan görünürdü, yenə də əvvəlki kimi vaxtının xeyli hissəsini idman zallarında keçirir, sanki bununla yaxşı formada olduğunu sübut etməyə çalışırdı. DTK-nın qarın buraxan və əvvəlki formalarını çoxdan itirən baş zabitlərinin çoxunun bu, o qədər də xoşuna gəlmirdi.
    – “Yucin” barədə məlumatı oxumusunuz? – deyə Drozdov soruşdu.
    — Amerikalılar onun izinə düşüblər, — deyə Trapakov tutqun şəkildə təsdiq etdi, — son vaxtlar biz onu çox fəal istifadə edirdik. Doğrudur, bizim analitiklər sonrakı vəziyyətin pisləşdiyi halda da plan hazırlayıblar, amma bu, çox təhlükəlidir. Amerikalılar onun bütün həyatını yoxlaya bilərlər, tərcümeyi-halını qurdalamağa başlayarlar və bu zaman bizim planımız çat verə bilər. Düzdür, biz bolqar həmkarlarımızı xəbərdar etmişik, amma hər şey ola bilər.
    — Birgə fəaliyyətimizi uyğunlaşdırmaq üçün bizim əməkdaşlardan kimisə Bolqarıstana göndərmək lazımdır, — deyə Drozdov təklif etdi, — bizə “Yucin” planının əsas məqamlarını nəzarətdə saxlamaq lazım gələcək.
    — Əlbəttə, — deyə Trapakov razılaşdı, — amma “Yucin”ə çox çətin olacaq. Əlaqələndirici sonrakı davranışı barədə təkliflərimizi ona çatdıra bilib. Lakin bütün bunlar çox əngəllidir. Onu geri çağıra da bilmədik: əks halda, İngiltərədəki oyunu bütünlüklə məhv edərdik.
    — Bəli, — Drozdov narazı səslə dedi və bununla razılığını, yaxud faktı təsdiq etdiyini anlamaq olmurdu. Kryuçkovun bu işə “Yucin”i cəlb etməyi necə təkid etdiyi generalın yadında idi və bu barədə Trapakova bir söz demək istəmirdi.
    — Bəlkə biz “Yucin”i geri çağıraq? — deyə Trapakov astadan təklif etdi.
    — Olmaz, — deyə Drozdov sərt şəkildə cavab verdi, — ixtiyarımız yoxdur. Biz onun bütün kabel xətlərinin, o cümlədən Şimal dənizindəkilərin də yoxlanılması barədə məlumatını İngiltərəyə ötürmüşük. Oxot dənizində amerikalılar bizim kabelə qoşula biliblər, “Yucin”in hesabına indi bunu bilirik. Bizim İngiltərəyə verdiyimiz məlumatdan sonra Kanada, ABŞ və İngiltərə sualtı kabellərinin yoxlanılması başlandı. Bizim mənbələrimiz belə məlumat verib. Deməli, ingilislərin informatoru bizim Londondakı zabitlərimiz arasındadır.
    — Bunun yalan olduğunu və bizim amerikalıları çoxdan ələ saldığımızı bilən var? — deyə Trapakov dəqiqləşdirmək üçün soruşdu.
    — Yalnız bizim Londondakı rezidentimiz bilir.
    — Deməli, bizim ingilis rezidentliyimizdəki “köstəbəyi” tapana qədər “Yucin” MKİ və FTB-nin müşahidəsi altında Amerikada qalmalıdır, — deyə Trapakov nəticə çıxardı. — Bəs əgər biz onu heç vaxt tapa bilməsək necə?
    – “Yucin”in işi – maksimum dərəcədə çox davam gətirib qalmaqdır, – Drozdov narazı səslə cavab verdi, – o, bir növ odu öz üzərinə çəkib. İndi isə öz yaxşı işinin nəticəsini gözləməlidir.
    — Elədir ki, var, yaxşı işinin, — deyə Trapakov mızıldandı.
    DTK BBİ rəisinin birbaşa telefonu zəng çaldı. Drozdov cəld dəstəyi qaldırdı.
    — Eşidirəm sizi, Vladimir Aleksandroviç... Yaxşı, indi gələrəm... O, məni çağırır, — general ayağa qalxdı, — sonra yanıma gələrsiniz. Biz “Yucin”in aqibətini yüngülləşdirməkdən ötrü bir şey fikirləşməliyik. Amma hər halda o, orada, Amerikada qalmalıdır.
    Trapakov daha etiraz etməyə cürət etmədi. Drozdov onu irəli buraxıb özü də dalınca çıxaraq sovet kəşfiyyatı rəisinin kabinetinə doğru tələsdi. Qruşko, Qolubev və Qribin də Kryuçkovun kabinetində idilər. Onların donmuş simalarından Drozdov başa düşdü ki, nəsə pis bir şey, hətta ola bilsin ki, agentlərin birinin məhvi baş verib.
    Düzdür, kabinetə Kryuçkovun digər müavinlərinin, o cümlədən Amerika üzrə işləyən əməkdaşların da çağırılmaması bir qədər təskinlik verirdi. Qruşko Avropa istiqamətinə nəzarət edirdi, Qolubev daxili əks-kəşfiyyatdan idi, Qribin isə üçüncü şöbəyə rəhbərlik edirdi. “Hər halda, yenə də bizim ingilis rezidentliyimizə görədir”, – deyə Drozdov rahat nəfəs aldı. Lakin artıq Kryuçkovun ilk hərəkəti onun xoşuna gəlmədi.
    — Tez olun, oturun, — Kryuçkov bir qədər əsəbiliklə dedi, — hamımız sizi gözləyirik.
    Drozdov itaətkarlıqla Qribinin yanındakı stula əyləşdi.
    — Məruzənizi başlayın, — deyə Kryuçkov Qolubevə icazə verdi.
    — Düşündüyümüz əməliyyatın mənası, — Qolubev danışmağa başladı, — bizim sıralara daxil olmağı bacaran ingilis kəşfiyyatı agentinin izinə düşmək idi. Son illərin uğursuzluqlarının təhlili, xüsusən də NATO sualtı qayıqları ilə bağlı epizod sübut edir ki, bizim sıralarda dərin kök sala bilmiş bir agentlə üz-üzə gəlmişik. Bu, İngiltərədəki bütün agentlərin yoxlanılması üçün“Yucin”in məlumatı idi. Daha dəqiq desək, bu oyunu Amerikadakı əlaqə xəttini yoxlayıb onun düzgün işlənməsinə əmin olmaq üçün “Yucin”in özü başlayıb.
    Kryuçkov üz-gözünü turşutdu, o, uzunçuluğu, xüsusən də tabeliyində olan adamların çox danışmasını sevmirdi. Lakin bir söz demir, generala qulaq asmağa davam edirdi.
    — Yarım il əvvəl “Yucin” “Ceneral Elektrik” şirkətinin spesifik ləvazimatlarının satışı barədə bizə məlumat vermişdi. Təchizatçılar MTA və MKA göstərilmişdi. O zaman biz onların bizim kabelimizə qoşulub danışıqlarımıza qulaq asdıqlarını müəyyən edə bilmişdik. Nəticədə biz düz altı ay ərzində irimiqyaslı dezinformasiya ötürdük. Bir ay öncə bu məlumatın İngiltərədəki rezidentliyimizin yoxlanılması üçün istifadə edilməsi qərara alındı. Biz “Yucin”in Kanada, ABŞ və İngiltərədə bütün əlaqə kabellərinin yoxlanmasıyla bağlı məlumatını İngiltərəyə ötürdük, çünki biz özümüz də onların xəttinə qoşuluruq. Və bizim agentlər təsdiq etdilər — bütün xətlərdə, o cümlədən Oxot dənizində yoxlanma başlandı. Onlar öz “qoşulduqları” kabelləri də yoxlayırdılar.
    “Bütün bunları biz məruzəsiz də bilirdik”, – deyə general Drozdov düşündü, – onlar məni niyə çağırıblar?”.
    Və birdən Qolubev onun heç gözləmədiyi bir söz dedi:
    — Dünən amerikalılar və ingilislər bütün xətlərdə yoxlamanı tamamilə dayandırıblar. Bundan biz iki nəticə çıxarırıq. Birincisi, onlar bu barədə xəbər tutublar. İkincisi, bunun yalan olduğu barədə onlara bildiriblər. İngiltərənin özündə bu haqda yalnız bizim rezident bilirdi. Məlumat sızması istisnadır. Bəs “Yucin”dən başqa kim amerikalıları və ingilisləri xəbərdar edə bilərdi?
    Hamı Drozdova baxdı. O öz növbəsində ayağa qalxdı.
    — Bağışlayın, Vladimir Aleksandroviç, — o, qətiyyətlə dedi, — amma bu, sadəcə, mümkün deyil. “Yucin” bizim onun məlumatlarını necə istifadə etdiyimizi bilmirdi. İndi o, ümumiyyətlə, çox çətin vəziyyətdədir, demək olar ki, məhbus qismindədir. Düzdür, amerikalılarda ona qarşı heç nə yoxdur, biz isə ona Amerikada qalmağı məsləhət gördük, onun qaçmasından istifadə edib amerikalılar və ya ingilislərin bizim oyunumuzun üstünü aça biləcəklərindən ehtiyat edirik.
    — Onsuz da onlar hər şeyi başa düşüblər, — Qruşko qərəzlə dedi. — Əgər informasiya sızması “S” idarəsindəndirsə, o zaman bu, onun işinə və əməkdaşlarına heç cür aid deyil. Və işi kökündən dəyişir.
    Lakin inadkar Drozdov təslim olmurdu.
    — Mən sizdən hər şeyi yenidən olduqca diqqətlə yoxlamağınızı xahiş edirəm, — deyə o, təkidlə dedi. — Bizim gizli agentimiz bu əməliyyat barədə bilmirdi, onun bu işlə heç bir əlaqəsi yox idi. Sadəcə, biz onun məlumatlarını amerikalılara və ingilislərə qurduğumuz oyuna görə — informasiya sızmasının məhz Londonda baş verməsi səbəbini aydınlaşdırmaqdan ötrü istifadə edirdik. Və bizim “Yucin”in bu yoxlamaya heç bir aidiyyəti yoxdur.
    Kryuçkov fikirli şəkildə bir-birinin qarşısında dayanan iki generala baxırdı.
    — Əyləşin, — deyə icazə verdi və Qribinə müraciət edərək soruşdu: — Bizim belə bir yoxlama apardığımız barədə kim bilirdi?
    — Londonda heç kim, — Qribin dərhal ayağa qalxaraq qətiyyətlə dedi, — yalnız rezident.
    Sonra qarşısındakı qovluğu açıb çaşqın şəkildə ətrafına baxaraq düzəliş etdi:
    — İki rezident, Vladimir Aleksandroviç.
    — Necə yəni “iki rezident”? — deyə Kryuçkov sərtliklə soruşdu. — Bu nə səhlənkarlıqdı? Necə yəni iki?
    — Nikitenko hələlik vəzifəni yerinə yetirir, Qordiyevskinin təyinatı isə artıq razılaşdırılıb. Biz hər ikisinə xəbər verməyi qərar vermişdik, — Qribin gərgin səslə cavab verdi, — başqa heç kim.
    — Nikitenko və Qordiyevski, — deyə Kryuçkov soyadları təkrarladı. Sonra Qolubev və Qruşkoya baxıb lap astadan dedi:
    — Məncə, əlinizdə artıq konkret soyadlar var.
    — Biz hər şeyi yoxlayarıq, — Qolubev onu arxayın etdi.
    — Hamınız azadsınız, — deyə Kryuçkov icazə verdi.
    Drozdov öz kabinetinə pis əhval-ruhiyyədə qayıtdı.
    Yenidən Trapakova zəng etdi.
    — Mixail Matveyeviç, yanıma gəlin.
    Trapakov içəri girəndə o, tutqun şəkildə dedi:
    — Amerikalılar bizim onları ələ saldığımızı artıq başa düşüblər. Onlar bütün kabellərin yoxlanışını dayandırıblar və görünür, daha bizim dezinformasiyaya etibar etməyəcəklər. Onlar artıq bizim “Ayvi Bellz” əməliyyatımız barədəki informasiyamızdan xəbər tutublar.
    — Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm, — deyə Trapakov gülümsündü, — tipik vəziyyətdir, “köstəbək” hər halda, bizim Londondakı rezidentliyimizdədir. İngilis və Amerika kəşfiyyatının hazırkı sıx əlaqəsi zamanı bu, təəccüblü deyil.
    — Bizim Londondakı rezidentlərimizdən başqa, bizim yalanımızı bilən yox idi. “Ayvi Bellz” əməliyyatı barədə də heç kim bilmirdi. Amma onlar yoxlamanı hər yerdə dayandırıblar.
    — Rezidentlər niyə? — Trapakov başa düşmədi. — Məgər onlar bir neçə nəfərdirlər?
    — Biri vəzifəni icra edir, digəri isə artıq təyin olunub, — deyə Drozdov izah etdi, — qoy bu, əks-kəşfiyyatı narahat etsin. Bizi isə “Yucin”in taleyi narahat etməlidir.
    — Əgər bu “köstəbəyi” tapa bilsəydik, — Trapakov dedi, — əgər tapa bilsək, ona toxunmaq lazım deyil.
    — Bunu sən əks-kəşfiyyatçılara deyərsən, — deyə Drozdov əlini yellədi. — Bizə onsuz da qulaq asan olmayacaq.
    — Olacaq, — Trapakov inamla dedi, — indi “Yucin”in həyatı bu “köstəbəyin” həyatından asılıdır. Biz “Köstəbəyi” həbs edən kimi onlar da “Yucin”i həbs edəcəklər. Beləliklə oyun bitəcək.
    — Axı “köstəbək” ingilislərə işləyir. “Yucin”i isə amerikalılar götürəcəklər.
    — Yoldaş general, — Trapakov əllərini açdı, — axı onların bir-birilə əlaqəli olduğunu bilirsiniz. “Yucin”in həbsi “köstəbəyin” dərhal məhvi deməkdir. Bunu MKİ-də başa düşməlidirlər. Bu “köstəbəkdən” təkcə ingilislər deyil, həm də amerikalılar xeyir qazanırdılar.
    — Mən Vladimir Aleksandroviçlə danışmağa cəhd edərəm, — Drozdov nəhayət, əməkdaşının narahatçılığını dərk etdi. — Amma əvvəlcədən xəbərdarlıq edirəm ki, heç nəyə söz verə bilmərəm.
    Düz üç gündən sonra Kryuçkovun masasının üstünə əməkdaşının birinin sənədlərini qoydular.
    — Kim? — sovet kəşfiyyatı rəhbər sənədləri açmadan soruşdu. Bunun onun zabitlərindən birinin olması düşüncəsi belə onu özündən çıxarırdı.
    — Biz hər şeyi yoxladıq, — deyə general Qruşkoya məruzə etdi. — Nikitenko sualtı qayıqlar və NATO bazaları barədə heç nə bilmirdi. Nikitenko sualtı kabellər və bizim oyunlarımız barədə də heç nə bilmirdi. Bu, yalnız bir nəfərə məlum idi — Londondakı yeni rezidentimiz Oleq Qordiyevskiyə.
    Kryuçkov sənədləri açdı. Və həyatında ilk dəfə özünü saxlaya bilməyib söyüş söydü.
  • Narmin Sheydayevahat Zitat gemachtvor 9 Jahren
    onu əhatə edən aləmlə əlaqəsini kəsirdi.
    Qızın adı Basya idi, o gənc, sadəlövh, iyirmi yaşlı bir qız idi. Qarayev səmimiyyətlə
fb2epub
Ziehen Sie Ihre Dateien herüber (nicht mehr als fünf auf einmal)