bookmate game
az
Erix Maria Remark

Üç yoldaş

Benachrichtigen, wenn das Buch hinzugefügt wird
Um dieses Buch zu lesen laden Sie eine EPUB- oder FB2-Datei zu Bookmate hoch. Wie lade ich ein Buch hoch?
  • Kamran Əliyevhat Zitat gemachtvor 6 Jahren
    Məhəbbət insanın içində doğulur və heç vaxt bitmir. Lap elə hər şey: insan, sevgi, xoşbəxtlik, həyat nə qədər mükəmməl olsa da, həmişə nəsə çatmır, nəsə az olur və insan ən çox o az olanın arxasınca düşməyi sevir.
  • M.Vəlizadəhat Zitat gemachtvor 6 Jahren
    – Əgər yaşamaq istəyirsənsə, demək, nəsə bir bəhanən var, demək, sevirsən. Bu həm çətindir, həm asan. Özün fikirləş, mən onsuz da bir gün öləcəyəm. Ancaq indi taleyimə minnətdaram ki, sən varsan. Mən tənhalıqda qalıb bədbəxt də ola bilərdim. O vaxt mən məmnuniyyətlə ölərdim. İndisə mənə çətindir. İndisə mən arı balla dolduğu kimi sevgiylə dolmuşam və hər gecə bal kimi şirin sevgimi pətəyimə daşıyıram. Əgər mənə ikisindən birini seçməyi təklif etsəydilər, mən düşünmədən yenə bunu seçərdim.
  • Su zanbağı.hat Zitat gemachtvor 4 Jahren
    Məhəbbət möcüzədir. Amma sonunda iki nəfərdən biri üçün həmişə darıxdırıcı olur. O birisə heçnəsiz qalır yolun ortasında... donub-qalır və nəyi gözlədiyini də bilmir. Amma dəlilər kimi gözləyir, gözləyir...
  • Su zanbağı.hat Zitat gemachtvor 4 Jahren
    İşində ol, Robbi. Bu iş elə sənlikdir. Sevmək üçün gizli bir saflıq lazımdır. O da səndə. Qoru onu. Belə şeylər Allah vergisi kimidir. Onu bircə dəfə itirdinsə, bir də çətin tapa bilərsən.
  • Su zanbağı.hat Zitat gemachtvor 4 Jahren
    Təkliyin bircə müsbət keyfiyyəti var: tək adamı heç kəs tərk etmir.
  • Su zanbağı.hat Zitat gemachtvor 4 Jahren
    Əgər sevginin həqiqətlə azacıq da olsa bağlılığı olsaydı, hər şey iyrənc görünərdi. Şükür Allaha ki, hamı bu məsələnin belə olduğunu bilir.
  • Su zanbağı.hat Zitat gemachtvor 4 Jahren
    Ad gününün təsiri adamın ruhuna hopur. Ən çox da səhərlər... Keçib-gedəcək.
  • A.A.Bakuvihat Zitat gemachtvor 5 Jahren
    “Hər şeyi ürəyə salmaq olmaz. Bir şeyi ki, adam ürəyinə salır, onu qoruyub saxlamaq istəyir. Amma heç nəyi orada saxlamağa dəyməz”.
  • Kamran Əliyevhat Zitat gemachtvor 6 Jahren
    Lənətə gəlsin hər şey! Bu torpaqlarda göydəki gözəgörünməzə inamı saxlamaq üçün o qədər nahaq qanlar axıdılıb ki!”
  • Elmin Seyfəddinlihat Zitat gemachtvor 7 Jahren
    Ciddi, vicdanlı bir işçiydi. Dərd ondadır ki, indiki zəmanədə belələrinə yer yoxdur. Ciddilik və vicdan ancaq romanlarda dəyərləndirilir. Həyatda isə belələrindən istifadə edib qurtaran kimi atırlar bir küncə.
fb2epub
Ziehen Sie Ihre Dateien herüber (nicht mehr als fünf auf einmal)