az
Edgar Allan Poe

Qara pişik

Benachrichtigen, wenn das Buch hinzugefügt wird
Um dieses Buch zu lesen laden Sie eine EPUB- oder FB2-Datei zu Bookmate hoch. Wie lade ich ein Buch hoch?
  • Vusala Mammadovahat Zitat gemachtvor 8 Jahren
    Edqar Alan Po
    Qara pişik

    ***
    Yazmağa hazırlaşdığım bu dəhşətli əhvalata inanacağınızı düşünmürəm, heç sizi buna inandırmaq iddiasında da deyiləm. Duyğularımın özü-özünü inkar etdiyi bir halda bunu başqalarından gözləməyim dəlilik olardı. Amma mən dəli deyiləm, heç yuxu da görmürəm. Lakin bir sabah öləcəyimi düşünəndə bu gün ruhumu bu ağır yükdən xilas etmək istəyirəm. Məqsədim adi məişət hadisələrini yığcam şəkildə, şərhsiz ortaya qoymaqdır. O hadisələr ki, öz nəticələri ilə məni dəhşətə gətirdi, əzab verdi və məhv etdi. Nə isə... onları izah etməyə çalışmayacağam. Bu hadisələr mənə dəhşətdən başqa bir şey vermədi, halbuki bəlkə başqalarına o qədər dəhşətli görünməyə də bilərdi. Bəlkə kiminsə dərrakəsi mənim təxəyyülümü bayağı bir nağıl hesab edəcək. Bəziləri isə həyəcansız və soyuqqanlı qarşılayacaq. Düşünəcək ki, nəql edəcəyim bu hekayət əslində bir-birlərini təbii şəkildə izləyən hadisələr zəncirindən başqa bir şey deyil.
    Uşaqlığımdan təbiətimdə bir dinclik, üzüyolalıq vardı. Həssaslığım məni dostlarımın gülüş hədəfinə çevirmişdi. Heyvanları çox sevdiyimdən valideynlərim mənə müxtəlif heyvanlar alar və məni bu yolla əzizləməyə çalışardılar. Mən də vaxtımın çoxunu bu heyvanlarla keçirər, onları yemlərkən, əzizlərkən duyduğum həzzi heç bir şeydən almazdım. Böyüdükcə bu xüsusiyyətim də mənimlə böyüyürdü və artıq yetkin insan olduğum bir vaxtda əsas zövq mənbəyim də elə bu xüsusiyyətimdən qaynaqlanırdı. İnsana hədsiz sədaqətli olan köpəkləri se-vənlərə bu hissi izah etməyim çox çətin olardı. Axı vəhşi heyvanın eqoizmdən ta-mamilə uzaq, təmənnasız sevgisi ilə, İn-san oğlunun heç də möhkəm dayaqlara söykənməyən dostluğu arasında böyük fərq var.
    Mən erkən ailə həyatı qurmuşdum və həyat yoldaşımla oxşar meyllərimiz ol-duğu üçün çox xoşbəxt idim. Ev heyvan-larına olan marağımı müşahidə edən hə-yat yoldaşım onların ən xoşa gələn növ-lərini almaqdan ötrü heç bir fürsəti əldən verməzdi. Bizim quşlarımız, qızıl balığı-mız, qəşəng bir itimiz, dovşanımız, kiçik meymunumuz və pişiyimiz vardı.
    Sonuncu qapqara, xeyli böyük, gö-zəl və heyrətamiz dərəcədə hissiyatlı bir heyvan idi. Pişiyin həssaslığı məsələsi or-taya gəlincə, zərrə qədər də olsun xurafa-ta inanmayan arvadım bütün qara pişik-lərin əslində pişik cildinə girmiş cadugər olması barədə inanca eyham vurardı. De-mirəm ki, o bu mövzuda ciddi idi, sadəcə birdən yadıma düşdü. Pluton (pişiyimin adı belə idi) evdə mənim sevimlim və oyun oynarkən yoldaşım idi. Mən onu təkbaşına yemləyirdim və evin hansı küncünə getsəm o mənimlə idi. Bəzən kü-çədə belə məni izləməsi dözülməz olur-du.
    Bu minvalla bizim dostluğumuz davam edirdi. Lakin əyyaşlığa düşkünlü-yüm (etiraf etməyə belə xəcalət çəkirəm) nəticəsində mənim xasiyyətim kəskin də-yişdi. Günü-gündən daha hüznlü, dalğın, əsəbi və başqalarının duyğularına qarşı laqeyd olmağa başladım. Arvadımla da əyyaşcasına danışıb, kobudluq edir və bundan əzab çəkirdim. Hətta bir gün mən ona əl də qaldırdım. Əlbəttə ki, heyvanlarım təbiətimdəki dəyişikliyi hiss etməmiş deyildilər. Nəinki onlara baxmırdım, hətta onları istismar edirdim. Plutona gəldikdə isə, mən ona olan rəğbətimi hələ də saxlamışdım ki, bu da məni ona qarşı pis davranmaqdan çəkindirirdi.Halbuki mən tərəddüd etmədən, təsadüfən, ya da istədikləri üçün qarşıma çıxan meymuna, dovşanlara, hətta köpəyə qarşı kobudluq etməkdən çəkinmirdim. Lakin alkoqola düşkünlüyümün xarakterimdə buraxdığı acı nəticələr artıq yaşlanmaqda olan Plutondan da yan keçmədi.
    Bir gecə sərxoş vəziyyətdə evə qayıtdığım zaman mənə elə gəldi ki, pişik məndən yayınmağa çalışır. Heyvanı qamarladım və o mənim zorakı davranışımdan qorxub dişləri ilə əlimdə kiçik bir yara açdı. Birdən-birə iblisanə bir hiss bütün ruhuma hakim kəsildi. Daha özümdə deyildim. Bir anlıq ruhum sanki bədənimi tərk etdi. Bədənimin hər bir teli şeytani duyğularla dolub titrəyirdi. Jiletimin cibindən bıçağımı çıxardım və zavallı heyvanın boğazından yapışıb gözünün birini oydum! Xəcalət çəkirəm, od tutub yanıram, ürpərirəm bu qəddarlığımı qələmə aldıqca!
    Səhər ağlım başıma gələndə dünən gecəki mənəviyyatsızlığımdan və törətdiyim cinayət səbəbindən qarışıq və qorxunc hisslər keçirirdim. Lakin bu zəif və qarışıq bir duyğu idi. Mən yenidən içkiyə üz tutdum və çox keçmədi ki, etdiyim hərəkətin xatirələriylə birgə yenidən şəraba qərq oldum.
    Bu arada pişik tədricən sağalmışdı. Doğrudur çıxarılmış gözün yeri vahiməli bir görüntü yaradırdı, lakin onun daha ağrıdan əziyyət çəkmədiyi hiss olunurdu. O, yenə əvvəlki kimi evi dolaşırdı, lakin mənim yaxınlaşdığımı hiss edəndə vahimələnib uzaqlaşırdı.
    Hər şeydən əvvəl, bir zamanlar məni çox sevən bu məxluq tərəfindən indi aşkar nifrətə məruz qalmağımın dərdini çəkirdim. Lakin bu hiss də tədricən ikrah hissiylə əvəz olundu. Nəhayət, mən tamamilə yolumu azdım. Elə bir vəziyyət, elə bir azğınlıq ki, fəlsəfə belə bunu çözməyə qadir deyil. Mənəvi azğınlıq insan ruhunun ən primitiv impulslarından, ən ibtidai duyğularından biridir və insan təbiətinə istiqamət verir. Kim bilə-bilə heç bir səbəb olmadan dəfələrlə çirkin və ağlasığmaz hərəkətlər etmir ki? Məgər bizim hər birimiz içimizdə Qanun hesab olunanı pozmağa daimi bir meyl hiss etmirikmi? Bəli, dediyim odur ki, bu azğınlıq hissi mənim məhvimə gətirib çıxardı. Ruhumun bu dərkedilməz yanğısı öz-özünə əzab vermək, şərin yolunda şər əməl törətmək kimi bir şey idi və bu duyğu məni günahsız məxluqa qarşı vəhşilik etməyə sövq edirdi. Və bir səhər, soyuqqanlılıqla heyvanın boğazına ipi keçirib onu ağac budağından asdım. Gözlərimdə yaşlarla, ürəyimdə acı peşmançılıq hissi ilə asdım. Bilə-bilə ki, bu zavallı məni sevirdi, bilə-bilə ki, mənə incidilmək üçün heç bir səbəb verməmişdi, bilə-bilə ki, dəhşətli bir günah törədirəm...Bilə-bilə ki, bu günah mənim ölməz ruhumu öldürəcək və bundan sonra onu diriltməyə hətta Ən Mərhəmətli olan Allahın sonsuz mərhəmətinin də gücü çatmayacaq.
    O dəhşətli əməli törətdiyim gecə yanğın həyəcanına yuxudan ayıldım. Çarpayımın pərdələrini alov almışdı. Bütün ev alov içində idi. Böyük çətinliklə də olsa arvadım və xidmətçimlə birgə yanğından xilas ola bildik. Lakin hər şey məhv olmuşdu. Mənim bütün varidatım yerlə yeksan olduğundan ümidsizliyə qapıldım.
  • Sarah Shekinskayahat Zitat gemachtvor 7 Jahren
    Məgər bizim hər birimiz içimizdə Qanun hesab olunanı pozmağa daimi bir meyl hiss etmirikmi?
  • iincihat Zitat gemachtvor 4 Jahren
    Mənəvi azğınlıq insan ruhunun ən primitiv impulslarından, ən ibtidai duyğularından biridir və insan təbiətinə istiqamət verir.
  • Asiman Veliyevahat Zitat gemachtvor 5 Jahren
    Bəlkə kiminsə dərrakəsi mənim təxəyyülümü bayağı bir nağıl hesab edəcək.
  • Nurlan Süleymanovhat Zitat gemachtvor 6 Jahren
    Axı vəhşi heyvanın eqoizmdən ta-mamilə uzaq, təmənnasız sevgisi ilə, İn-san oğlunun heç də möhkəm dayaqlara söykənməyən dostluğu arasında böyük fərq var.
  • M.Vəlizadəhat Zitat gemachtvor 7 Jahren
    Məgər bizim hər birimiz içimizdə Qanun hesab olunanı pozmağa daimi bir meyl hiss etmirikmi?
  • Samir İsmayılzadəhat Zitat gemachtvor 2 Jahren
    Axı vəhşi heyvanın eqoizmdən ta-mamilə uzaq, təmənnasız sevgisi ilə, İn-san oğlunun heç də möhkəm dayaqlara söykənməyən dostluğu arasında böyük fərq var.
  • Gulshan Jabihat Zitat gemachtvor 3 Jahren
    Mənəvi azğınlıq insan ruhunun ən primitiv impulslarından, ən ibtidai duyğularından biridir və insan təbiətinə istiqamət verir.
  • Ruslan Rüstəmzadəhat Zitat gemachtvor 4 Jahren
    Mənəvi azğınlıq insan ruhunun ən primitiv impulslarından, ən ibtidai duyğularından biridir və insan təbiətinə istiqamət verir. Kim bilə-bilə heç bir səbəb olmadan dəfələrlə çirkin və ağlasığmaz hərəkətlər etmir ki?
  • Zümrüdhat Zitat gemachtvor 5 Jahren
    Mənəvi azğınlıq insan ruhunun ən primitiv impulslarından, ən ibtidai duyğularından biridir və insan təbiətinə istiqamət verir.
fb2epub
Ziehen Sie Ihre Dateien herüber (nicht mehr als fünf auf einmal)