bookmate game
az
Sergey Dovlatov

Zona. Həbsxana nəzarətçisinin qeydləri

Benachrichtigen, wenn das Buch hinzugefügt wird
Um dieses Buch zu lesen laden Sie eine EPUB- oder FB2-Datei zu Bookmate hoch. Wie lade ich ein Buch hoch?
  • Cavid İsmayılzadəhat Zitat gemachtvor 4 Jahren
    BOMJ (“bez opredelennoqo mesta jitelstva”
  • Nizami Əlisoyhat Zitat gemachtvor 7 Jahren
    Və onda bəlli olub ki, arzu edilən azadlıq — tanış mahnı nəqarətindən başqa bir şey deyilmiş...
  • Mir Alihat Zitat gemachtvor 8 Jahren
    Həyat, yoldaş leytenant, arzunu üstələyir
  • Misir Məmmədlihat Zitat gemachtvor 8 Jahren
    Həyat — solğun sentyabr səmasına yuvarlanıb yavaş-yavaş buxarlanır
  • b0497577606hat Zitat gemachtvor 9 Jahren
    Naşirə məktub — 11

    30 may 1982-ci il. Nyu-York

    Yosser yaxınlığındakı bir əhvalatı xatırlayıram...
    SEVGİLİ MƏHKUM

    Düşərgənin iki kilometrliyində kənd məktəbi yerləşirdi. Məktəbdə bir müəllimə işləyirdi — metal dişləri və gözündə ağ ləkəsi olan arıq qadın idi.
    Zonadan məktəbin artırması görsənirdi.
    İpə-sapa yatmayan Makeyev də elə həmin zonada girələnirdi. Zaman-zaman əldən düşən altmış yaşlı kişi idi.
    Qısası, məhkum kənd müəlliməsinə vuruldu.
    O, qadının üz cizgilərini görmək iqtidarında deyildi. Üstəlik heç yaşını da bilmirdi. Bir şey bəlli idi — qadındır, vəssalam. Köhnə dəbli donda olan kimsə...
    Adı-soyadı İzolda Şukina idi. Hərçənd Makeyev bunu da bilmirdi.
    Əslinə qalanda, heç onu görməmişdi də. Bircə onu bilirdi ki — qadındır. Və onun donlarının rəngini ayırd edirdi. İki donu var idi: yaşıl və qəhvəyi.
    Səhər tezdən Makeyev barakın damına çıxıb orada eşələnirdi. Bir müddətdən sonra ucadan bəyan edirdi:
    — Qəhvəyi!..
    Bu o demək idi ki, İzolda su başına gedir...
    Heç yadıma gəlmir ki, məhkumlar Makeyevi dolasınlar. Əksinə, onun hissləri dərin maraq doğururdu.
    Makeyev hisslərini barakın divarına köçürmüşdü — çobanyastığı çiçəyi çəkmişdi. Parovoz təkəri boyda idi. Hər axşam Makeyev ləçəklərdən birini əsgi ilə yuyub-təmizləyirdi...
    İzolda Şukina baş verənlərin fərqində idimi? Bəlli deyil. Böyük ehtimalla fərqində idi. Çünki o, artırmada yaman ləngiyir və su başına da tez-tez gedirdi.
    Onların görüşü yalnız bircə dəfə gerçəkləşdi. Makeyev istehsalat zonasında işləyirdi. Bir dəfə onu əlahiddə sahəyə gətirdilər. İzolda isə qəsəbədən keçirdi. Onların yolları suvurma qülləsinin yaxınlığında kəsişirdi...
    Bütün kolon addımlarını yavaşıtdı. Konvoylar narahat olmağa macal tapmamış məhkumlar işin nə yerdə olduğunu onlara anlatdılar.
    İzolda donub-qalmış kolon boyu addımlayırdı. Onun metal dişləri işıldayırdı. Keçə çəkmələri palçığa batırdı.
    Makeyev durduğu cərgədən qadına kiçik kağız bükülü tulladı. İzolda onu qaldırdı, açdı. İçində əldəqayırma plastik müştük vardı.
    Qadın qətiyyətlə konvoy rəisinə sarı addımladı. Qısa toxunma şərfini çıxartdı və onu çavuş Boykoya uzatdı. O isə əlindəkini məhkumlardan birinə ötürdü. Əldən düşmüş düşərgə cır-cındırının yanında parlaq təsir bağışlayan atəşin əsgi parçası cərgədən-cərgəyə gəzdi. Gəzdi, dolaşdı... Ta Makeyevin cılız boynu ona sarılanacan...
    Məhkumlar yollarına davam etdilər. Cərgələrin birindən kimsə mahnı oxumaq istədi:
    Sevgini, ləçər, nəyə xərcləyirsən?
    Tək papirosu kiminlə çəkirsən?..

    Amma onu yarımçıq kəsdilər. Vəziyyət — səssizliyə köklənməli idi...
    Makeyev tez-tez dönüb geri boylanır və əlindəki şərfi başının üstündə dalğalandırırdı — ta zonaya çatanacan... Onun yatmağına on dörd il qalırdı...
  • Cavid İsmayılzadəhat Zitat gemachtvor 4 Jahren
    O qavrayıb ki, cəhənnəm — yalnız ən son məqamda — günahkarların saxlandığı yerdir. Cəhənnəm — heç də həbsxana deyil. “Cəhənnəm — biz özümüzük”.

    Dovlatov qələminin
  • Cavid İsmayılzadəhat Zitat gemachtvor 4 Jahren
    Könlümdən cənnətə düşmək keçir. Mən hələ Konstitusiya günündən qarşımda bu məqsədi görürəm
  • Necmin Abdullayevhat Zitat gemachtvor 5 Jahren
    Möhtəşəm qonşum var — Ernst Neizvestnıy. (Elə indicə o, inandırıcı tərzdə Harrison Solsberiyə sübut etdi: “Şaquli olan — Allahdır. Üfqi olan — Həyatdır. Onların kəsişməsində — mənəm, Mikelancelodur, Şekspirdir, Kafkadır...”)

    Və — siz varsınız. Və mən bu sarsaq məktubu da sizə ünvanlayıram
  • Nizami Əlisoyhat Zitat gemachtvor 7 Jahren
    “Gəda — ağsaqqalın ayağının altını qazır”.
  • Humay Huseynlihat Zitat gemachtvor 5 Jahren
    Soljenitsına görə, həbs düşərgəsi — cəhənnəmdir. Mənim nəzərimdə cəhənnəm — bizim özümüzük
fb2epub
Ziehen Sie Ihre Dateien herüber (nicht mehr als fünf auf einmal)