Rus Əhməd bəzən “Zayej”in eyvanında oturub kitab oxuyardı. Bəzən də uşaqları başına yığıb, məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı-çovğunlu diyarlardan söhbət açardı.
Bobby Marleyhat Zitat gemachtvor 9 Jahren
Fatma söhbətə başladı: – Əşrəfi görəniniz varmı? – Nə olub ki? – Dünən qonaq çağırmışdıq, lap əməlli-başlı oğlan olub. – Bığı çıxıbmı? – Ona baxmadım.
Bobby Marleyhat Zitat gemachtvor 9 Jahren
– Mən Allahın evində siznən kəlmə kəsə bilmərəm. Göydən od yağar. – Yağmaz, molla, qorxma.
Bobby Marleyhat Zitat gemachtvor 9 Jahren
– Bilirsinizmi? – deyə Əhməd kədərli səslə sözünə davam etdi. – Bizim camaatın dərdi böyükdür. Ümumən balaca millət olmaq bədbəxtlikdir. Hərə bir qapaz vurur, gözünü açmağa qoymur. Bir yandan da özümüzün satqınlarımız aman vermirlər. Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.
Xuraman Memmedovahat Zitat gemachtvor 6 Jahren
Mənə ədalət və vicdanla dolu şüur lazımdır.
Xuraman Memmedovahat Zitat gemachtvor 6 Jahren
Baxışı ilə hamını titrədən bu zəhmli kişi bığ yeri yenicə tərləmiş bu uşağın lal sükutundan qorxurdu
Xuraman Memmedovahat Zitat gemachtvor 6 Jahren
Səma yaralı nəhəng kimi bir neçə dəfə nərildəyib susdu
Khanim Sultanovahat Zitat gemachtvor 9 Jahren
Göy inildəyib şaqqıldadı. Selləmə yağış başladı. Suyun üzü atılıb-düşdü. Elə bil Kürü daşa basdılar. Xırdaca ləpələr qırçınlaşıb sahilə axışdı. Kəndin üstündən keçən dolu suları döyəclədi...
Sevahat Zitat gemachtvor 5 Jahren
“Bu nə şübhədir? Nə üçün insanlar bir-birindən qorxub ürkürlər? Məgər müsəlman olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi? Bütün insanları Allah yaratmayıbmı? Onlar hamısı təbiətin övladı deyilmi? Bəs bu ayrı-seçkilik nə deməkdir? Kim insanlar arasında ögey-doğmalıq salıb? Axı nə üçün səhərdən axşama qədər bir parça çörək üçün yollarda fayton sürən bu rus kəndlisi tanımadığı xalq haqqında belə danışır? Bu işlərdə müqəssir kimdir? Kim insanların beyninə bu zəhəri yeritmişdir? Bizim dərdimiz çox böyükdür. Bu cür axmaq fikirlər nəticəsində yerli xalqlar bizə şübhə ilə baxırlar.
Sevahat Zitat gemachtvor 5 Jahren
Bizim camaatın dərdi böyükdür. Ümumən balaca millət olmaq bədbəxtlikdir. Hərə bir qapaz vurur, gözünü açmağa qoymur. Bir yandan da özümüzün satqınlarımız aman vermirlər. Siz bizim mollaları tanımırsınız. Onlar qo