az
Əsəd Bəy

Qafqazın on iki sirri

Benachrichtigen, wenn das Buch hinzugefügt wird
Um dieses Buch zu lesen laden Sie eine EPUB- oder FB2-Datei zu Bookmate hoch. Wie lade ich ein Buch hoch?
  • Vusala Mammadovahat Zitat gemachtvor 4 Jahren
    Bu qoca xidmətçi xədim idi, cavanlığında İranın harasındasa kişiliyini itirmişdi, deyəsən, elə o vaxtdan da nağıl xəzinəsinə dönmüşdü, dərin mühakimələri vardı, noğul-nabatı çox sevirdi. Atam on beş il qabaq onu haradansa tapıb gətirmişdi, o vaxtdan bəri həm kişi işlərini, həm də qadın işlərini görürdü. Bu keyfiyyətlərini özü də bilir, bununla qürur duyurdu.

    “Allah-taala, – xədim sözünə belə başlayardı, – yeri yaradanda o, dənizin üzü kimi hamar və düz idi. Yer üzərində cürbəcür məxluqlar vardı: insanlar, heyvanlar, ruhlar, əzablar, bir də xəstəliklər. Adil Allah bunları yaradandan sonra fikirləşdi ki, yeri çox hamar və düz yaradıb, ona görə də qərara gəldi ki, səxavət göstərib hər torpağa dağlar, təpələr də versin. Odur ki, dağları, təpələri kisəsinə yığıb onları ədalətlə yer üzünə paylamağa başladı. Əzab və xəstəliklərin sahibi Şeytan isə istəmirdi ki, insan bunlara sahib çıxsın. Allah Xəzər dənizi ilə Qara dənizin üstündən keçəndə Şeytan kisənin ağzını açır, kisədəki bütün dağlar bu iki dənizin arasındakı düzənliyə səpilir. Dağlar diyarı Qafqaz belə yaranır. Amma Dünyanın Sahibi yaman qəzəblənmişdi. “Ey, Şər! – O deyir. – Sən mənim yaratdıqlarımın ən məkrlisi və mənim birinci səhvimsən. Ona görə də cəza olaraq sənə bu dağlara gəlməyi qadağan edirəm. Bu dağlarda insanlar və heyvanlar məskən salacaq, amma sən, sənin qulluqçuların olan əzablar və xəstəliklər bu torpağa gərək ayaq basmasın. Bu dağlar arasındakı həyat sizsiz də çox ağır olacaq”.

    Adil və Rəhmli Allah belə dedi, belə də oldu. Əzab və xəstəliklər düzənliklərdə, bağlarda, həyatın asan olduğu yerlərdə məskən saldı. Cəsurlar və kübarlar isə uca dağlarda, şərin, azar-bezarın olmadığı yerlərdə qaldılar”.
  • Humay Huseynlihat Zitat gemachtvor 5 Jahren
    Qafqazlı hər şeyi tərgidə bilər, amma qisas almağı yox, hətta bu yolda başından keçsə də.
  • Humay Huseynlihat Zitat gemachtvor 5 Jahren
    Razılığını bildirmək üçün susmağın neçə-neçə yolu var, neçə cür susmaq var.
  • Humay Huseynlihat Zitat gemachtvor 5 Jahren
    Şərq kişisinin sevgisi açıq-saçıq deyil, o, örtülü, həyalıdır.
  • Akram Alishovhat Zitat gemachtvor 5 Jahren
    Məscidin həyətində, ayın solğun işığında o, kiçik, dəyirmi bir şeyi mənə verdi. Əyilib baxdım və bu sözləri oxudum: “Qafqaz Kommunist Aktivist-Terrorist Qrupu. Dağlılar Vilayəti”.
  • b3805788423hat Zitat gemachtvor 2 Jahren
    “terra incognita” (naməlum torpaq)
  • Rafael İlhamogluhat Zitat gemachtvor 4 Jahren
    Şərqli arvadına və uşaqlarına olan sevgisini başqalarına göstərməyi sevmir, bunu səfehlik, ondan da artıq kişi üçün nalayiq hərəkət hesab edir. Onun fikrincə, sevgi nümayiş üçün deyil. O, yad adamın yanında hətta onlara qarşı soyuqluq göstərir, təkəbbürdən yox, həya və utanmaq səbəbindən.
  • Rafael İlhamogluhat Zitat gemachtvor 4 Jahren
    Dağlarda evlilik həyatının birinci prinsipi odur ki, burada qaynana problemi yoxdur. Bir çox yerlərdə hələ də yaşayan qədim ənənəyə görə, oğlan evləndiyi qadının anasını ilk iyirmi ildə görməyə bilər. Qaynana kürəkəninin evinə ayaq basa bilməz, onu harda görsə, rast gəlsə, dərhal qaçıb uzaqlaşmalıdır.
  • Rafael İlhamogluhat Zitat gemachtvor 4 Jahren
    Bir sıra yerlərdə qızlar ərə gedəndən sonra ata evinə yalnız iki ildən sonra gedə bilər, əri də hərdən onun yanına gələr.
  • Rafael İlhamogluhat Zitat gemachtvor 4 Jahren
    Kitab qadından çox əhəmiyyətlidir. O, müəllifin və ətriyyatçının sənətini əbədiyyətə aparır. Onun qoxusu özünəməxsus, məzmunu, cildi və kalliqrafiyası ilə harmoniyada olmalıdır. O, fikri yayındırmamalı, özünəməxsus şəkildə məzmunu çatdırmalı, nağıl etməlidir.

    — Kitabın qoxusu olmalıdır, — ətir ustası bir dəfə mənə dedi. — Qədim, incə kalliqrafiya ilə yazılmış fikirlər canlanma, oyanma qoxusu yaymalıdır ki, yorulmuş oxucu işdə yatmasın, onu düzəldən Ustanın xatirəsinə təşəkkür etsin.
fb2epub
Ziehen Sie Ihre Dateien herüber (nicht mehr als fünf auf einmal)