az
Larisa Vasilyeva

Kremlin arvadları

Benachrichtigen, wenn das Buch hinzugefügt wird
Um dieses Buch zu lesen laden Sie eine EPUB- oder FB2-Datei zu Bookmate hoch. Wie lade ich ein Buch hoch?
Rus yazıçısı L.Vasilyevanın «Kremlin arvadları» kitabı 1917-ci ilin oktyabrından 1991-ci ilin avqustuna kimi, əvvəlcə XKS — bolşevik, sonra da SSRİ — kommunist diktaturası rəhbərlərinin həyat yoldaşları-arvadlarına həsr olunmuşdur. Son dərəcə əhatəli və əsrin axırlarında SSRİ dağılana kimi arxivlərin xüsusi bölmələrində tamamilə və həmişəlik məxfi möhürü ilə saxlanılan partiya və dövlət təşkilatların rəsmi sənədlərindən, faktiki materiallardan lazımınca istifadə etmiş müəllif, qalın Kreml divarları əhatəsində baş vermiş qadın faciələrinin səbəbləri və səbəbkarları haqqında oxuculara ətraflı məlumat verir. İ.Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın intiharından sonra, Kreml rəhbərləri arvadlarının həbs edilib ölüm düşərgələrinə sürgünə göndərilmələrinin miqyasları günü-gündən genişlənərək, onun ölüm gününə kimi davam etmişdir.
Üç hissə, 664 səhifə və 150-dən artıq personajdan ibarət kitabda bir nəfər də olsun bədii obraz yoxdur, bir dənə də müəllif uydurması təsvir olunmamışdır; hamısı Kreml rəhbərləri arvadlarının faciəli həyatlarının şərhidir.
Məhz buna görə də müəllif, sovet-kommunist diktaturasının çoxsaylı cinayətlərinin bir qismi olan, Kremldə ancaq partiya və dövlət rəhbərlərinin arvadlarına qarşı həmin o diktaturanın güc strukturları tərəfindən törədilən cinayətləri ustalıqla sadalayaraq, oxucuları həm bu faciələrin, həm də diktator və diktator ətrafının qeyri-insani fəaliyyət haqqında daha da dərindən düşünməyə dəvət edir.
Dieses Buch ist zurzeit nicht verfügbar
675 Druckseiten
Copyright-Inhaber
Qanun Nəşriyyatı
Haben Sie es bereits gelesen? Was halten sie davon?
👍👎

Zitate

  • aygulhat Zitat gemachtvor 5 Jahren
    – Krupskaya sadiq həyat yoldaşı nümunəsi olub? O cür kifir qadına kim baxardı ki! Ömründə ona Lenindən başqa heç kim baxmayıb.
  • b3071155887hat Zitat gemachtvor 5 Jahren
    Məlumdur ki, Oktyabr inqilabından sonra Rusiyada maarifləndirmə işini Lenin öz arvadı Nadejda Krupskayanın əlinə vermişdi. Bu ruhi və intellektual cəhətdən olduqca məhdud sovet ledisi (kobudcası – gicbəsər partiya əzbərçisi) bir-birinin ardınca son dərəcə müstəsna mövzuda üç sirkulyar çap etdirdi ki, onlar da hər kəsə məlum olan bestiarilərin başlandığından xəbər verirdi”, – emiqrant-ədəbiyyatçı Roman Qul qəzəblə yazırdı
  • b3071155887hat Zitat gemachtvor 5 Jahren
    “Məlumdur ki, Oktyabr inqilabından sonra Rusiyada maarifləndirmə işini Lenin öz arvadı Nadejda Krupskayanın əlinə vermişdi. Bu ruhi və intellektual cəhətdən olduqca məhdud sovet ledisi (kobudcası – gicbəsər partiya əzbərçisi) bir-birinin ardınca son dərəcə müstəsna mövzuda üç sirkulyar çap etdirdi ki, onlar da hər kəsə məlum olan bestiarilərin başlandığından xəbər verirdi”, – emiqrant-ədəbiyyatçı Roman Qul qəzəblə yazırdı.

In Regalen

fb2epub
Ziehen Sie Ihre Dateien herüber (nicht mehr als fünf auf einmal)