bookmate game
az
Aleksandr Düma

Qafqaz səfəri

Benachrichtigen, wenn das Buch hinzugefügt wird
Um dieses Buch zu lesen laden Sie eine EPUB- oder FB2-Datei zu Bookmate hoch. Wie lade ich ein Buch hoch?
  • Tural Niftaliyevhat Zitat gemachtvor 5 Jahren
    Ertəsi gün səhər saat doqquzda biz komendantın evində idik. Bizim görmək istədiyimiz həmin rus zabiti də orada idi. Bu, fransız dilində çox gözəl və sərbəst danışan 40-45 yaşlarında bir kişi idi. Quba tərəflərdə ələ keçən zabiti dağlara aparıb, Şamilə təqdim ediblərmiş.
  • Ekrem Həsənovhat Zitat gemachtvor 8 Jahren
    Bu kitaba əsərləri ilə dünya şöhrəti qazanmış böyük fransız yazıçısı Aleksandr Dümanın (ata) – “Qafqaz səfəri” yol qeydlərinin Azərbaycanla bağlı olan hissələri daxil edilmişdir.
  • Rafael İlhamogluhat Zitat gemachtvor 8 Jahren
    Gördüyüm külli miqdarda bazarların içərisində üçü mənim ən çox xoşuma gəlib və mən Tiflisin bazarını da müstəsna etmirəm. Bunlardan biri Dərbənd, biri Bakı və biri də Nuxa bazarıdır. Mən deyəndə ki, orada hər şey istehsal edir və nə desən satırlar, bunu belə başa düşmək lazımdır: Yəni orada nədən desən, nə desən düzəldir və onu heç vaxt avropalaşa bilməyəcək Şərq bazarlarına məxsus bir qayda-qanunla xırıd edirlər.
  • b5100845609hat Zitat gemachtvor 4 Jahren
    «Şərqdə silah gəzdirmək özünü müdafiə etmək üçün deyilmiş. Bu həm də ona görəymiş ki, sənə hücum etməsinlər».
  • Aysel Salehlihat Zitat gemachtvor 4 Jahren
    «Qafqaz səfəri»ndən görünür ki, A.Düma, sadəcə, olaraq yol qeydlərini qələmə alan adi səyyahlardan olmamışdır. Kitabı oxuduqca yazıçının müdrik Şərqi, Şərq xalqlarının adət-ənənəsini, Şərq mifologiyasını, qədim Şərq tarixini dərindən bilməsi, onlardan yerli-yerində istifadə etməsi adamı heyran qoyur. O, həsəd aparacaq dərəcədə dünyagörüşünə, həyat təcrübəsinə, dərin müşahidə qabiliyyətinə malik, xalqını, vətənini ürəkdən sevən, onun rifahı və inkişafı uğrunda çalışan bir şəxs olmuşdur.

    Əgər o, Parisə bəzi həşəratlardan (birə, ağcaqanad və s.) qorunmaq üçün Bakı və ətraf yerlərdə istifadə edilən birəotu tozundan bir kisə, yağışı keçirməyən mahuddan bir neçə dəst, azərbaycanlı ustaların düzəltdiyi tayı-bərabəri olmayan yəhər
  • Rafael İlhamogluhat Zitat gemachtvor 5 Jahren
    Rəqqasə qadınlardan birinə o qədər də gözəl demək olmazdı. Digərinin isə cavanlıqda çox gözəl olduğu hiss edilirdi. Lakin yaş öz işini görmüşdü. İndi onun gözəlliyini payız günəşi ilə müqayisə etmək olardı. Parıldasa da, odlayıb yandıra bilmirdi.
  • Zaur Mirzayevhat Zitat gemachtvor 7 Jahren
    Azərbaycanlılar Şah dağın qarını hər barədə xeyirli sayırlar. Yayın istisi torpağın bağrını cadar-cadar edəndə, il həddindən artıq quraq keçəndə, torpaq bir damla yağış həsrətilə alışıb-yananda Azərbaycan igidlərinin ən şücaətlisi seçilir və mis bardaqlar qar gətirmək üçün Şah dağın zirvələrinə göndərilir. Bir yandan yolun çətinliyi, sıldırım qayalardan, uçurumlardan aşmaq, o biri yandan qaçaq-quldurla rastlaşmaq ehtimalı igidi qorxutmur, o camaatın xahişini yerə salmır. İgid dağdan qayıdıb Dərbəndə çatan kimi camaat məscidə yığışır, dua oxuyur, sonra qarı götürüb küçələrdən keçir və böyük dəstə ilə sahilə gəlib qarı Xəzər dənizinə tökürlər.
  • alizada_fidanhat Zitat gemachtvor 7 Jahren
    Çətinliklə əldə edilən hər şey daha əziz olur.
  • alizada_fidanhat Zitat gemachtvor 7 Jahren
    Marlinski demişdir ki: «İnsan bütün canlıların ən amansızıdır.»
  • Zaur Mirzayevhat Zitat gemachtvor 7 Jahren
    «Hərə öz adına layiq iş görər. Pələng olan yerə şir gəlməz».
fb2epub
Ziehen Sie Ihre Dateien herüber (nicht mehr als fünf auf einmal)