bookmate game
Qulam Məmmddli

İmzalar

Benachrichtigen, wenn das Buch hinzugefügt wird
Um dieses Buch zu lesen laden Sie eine EPUB- oder FB2-Datei zu Bookmate hoch. Wie lade ich ein Buch hoch?
  • Adəm Məmmədovhat Zitat gemachtvor 9 Jahren
    BİR NEÇƏ SÖZ

    Naməlum, gizli, örtülü və uydurmalı imzalar, müəllifi məlum olmayan müxtəlif təxəllüslər, əsas etibarı ilə birinci rus inqilabından sonra Azərbaycan mətbuatında, xüsusən satirik qəzet və jurnallarda görünməyə başlamışdır. Bu kimi imzalarla çıxan şeir və nəsr əsərlərinin çoxu satirik səciyyədə olsa da, ədəbiyyatımızda əvvəllər tez-tez rast gəldiyimiz həcvlərə oxşamırdı. Çünki əvvəllər həcv yazan şairlər əksəriyyətlə bu və ya digər bir adama sataşır, əksər hallarda isə bu həcvlər subyektiv münasibətlərdən irəli gələn “öcəşmələrdən” ibarət olurdu. Buna görə də belə əsərlərin müəllifləri öz adlarını gizlətmirdilər.
    Birinci rus inqilabından sonra nəşrə başlayan qəzet və jurnallardakı gizli imzaların sahibləri isə belə hərəkət etmirdilər.
    Onlar öz əsərlərində ictimai məsələlərə toxunur və mətləb ilə bağlı olan “qəhrəmanın” əməllərinə gülürdülər. Buna görə idi ki, bir çoxları acı gülüş doğuran belə əsərlərdə özlərini görür, şəxsən adları çəkilməsə də, xalq arasında “barmaq ilə göstərilmək şərəfi” qazandıqlarını hiss edirdilər. Belə “qəhrəmanlar”, adətən, “millət atası” sayılan bəylər, xanlar, ruhanilər, mülkədarlar, dövlət məmurları, tacirlər, mollalar və s. tüfeylilər idi.
    Zəhmətkeş xalqın istismarına qarşı etiraz, burjua və feodal əxlaqına, dini xurafat və cəhalətə qarşı mübarizə məqsədi ilə yazılmış satirik əsərlər təbiidir ki, müəllifləri üçün, onların həyatı üçün təhlükə doğurmaya bilməzdi. Keçmişdəki ağır şəraitdə, mətbuatda açıq imza ilə quruluşu, istismarçı sinfi tənqid etmək, şübhəsiz ki, qorxulu idi. Misal üçün, hələ 1905-ci il inqilabından qabaq Göyçaydan “Şərqi-Rus” qəzetinə yazılmış məktubda deyilirdi:
    “Ad yazmadıq. Ad yazan vaxtda hər tərəfdən məzəmmət edirdilər. Ona görə də ad yazmamağı xahiş edirik... hərgah qəzetdə bizim adımız olsa da, daha yazmarıq. Hərgah adımızı yazmasanız, həmişəlikdə sizə söz yazarıq. Vəssəlam”*.
    1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox idi. Beləliklə də, “Molla” örtülü imza ilə mətbuatda çıxış etməyi “qanuni” bir şəklə saldı. Doğrudur, bu daimi deyil, müvəqqəti bir çıxış yolu idi. Müvəqqəti idi, ona görə ki, haradan yazan, necə yazan bir müəllifin üç-dörd yazısı göründükdən sonra dil, ifadə və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də “Molla Nəsrəddin” jurnalında və başqa satirik orqanlarda gizli imza ilə iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular.
    Mətbuatda, xüsusən satirik mətbuatda zamanın ictimai dərdlərini, eybəcərliklərini ürək ağrısı ilə kəskin tənqid atəşinə tutan mühərrirlərin keçmişdə mürtəce qüvvələr tərəfindən necə şiddətli təqib olunmalarına dair yüzlərlə və daha çox misallar gətirmək olar. Bakı qoçularının “qozdəstə” götürüb Tiflisə Molla Nəsrəddini (Cəlil Məmmədquluzadəni – Q. M.) öldürməyə getmələri, Şamaxıda Mirzə Ələkbər Sabirin başına gətirilmiş müsibətlər, Suraxanıda mətbuat həvəskarı Əbdülbağı Cəbrayıl oğluna atəş açılması, Mərvdə müxbir Yusif Heydərzadənin polis idarəsində qətl edilməsi, Təbrizdə İskəndər Qaffarinin məscid həyətində döyülməsi və bir başqasının qəzet oxuduğu üçün Təbriz küçələrində doğranması, mollanəsrəddinçi şairlərdən Ə.Qəmküsarın Naxçıvanda, Əli Razinin Gəncədə küçədə döyülmələri, müctəhidlərin Mirzə Cəlilin qətlinə fərman vermələri, Mirzə Cəlilin, Ömər Faiqin və Qəmküsarın dəfələrlə məhkəməyə çəkilmələri, “Molla Nəsrəddin” jurnalının idarəsinə göndərilən hədəqorxu məktubları və s..
    Odur ki, yuxarıda deyildiyi kimi, gizli imzalar bəzən “faş” olunur, nəticədə müəlliflər gizli imzalarını da “gizlətmək” məcburiyyəti qarşısında qalıb tez-tez dəyişirdilər. Buna görə də bir müəllif bir neçə gizli imzadan istifadə etməli olmuş, hətta, bəzən hansı gizli imzalardan istifadə etdiklərini onların özləri belə sonralar unutmuşlar.
    Məsələn, Cəlil Məmmədquluzadənin özü “Molla Nəsrəddin”də də işlətdiyi gizli imzaların bir çoxunu unutduğu üçün 1927-ci ildə Tiflisdə — jurnalın ilk mürəttiblərindən İsmayıl Haqqı Həsənzadəyə məktub yazıb gizli imzalarını ondan soruşmuşdur. Mirzə Cəlilin həmin məktubuna İ.H. Həsənzadə belə cavab vermişdir:
    “Mən bunu iqrar edirəm ki, məcmuənin Tiflisdə çıxan birinci nömrəsindən ta axıradək “Molla Nəsrəddin” imzası ilə, “Lağlağı” imzası ilə, “Hərdəmxəyal” imzası ilə, “Dəli” imzası ilə, “Cırcırama” imzası ilə və “Dəmdəməki” imzası ilə yazılan cəmi məqalələr sən Cəlil Məmmədquluzadənin öz əli ilə yazılmış məqalələrdir”.
    Əlbəttə, İsmayıl Haqqının göstərdiyi imzalardan Mirzə Cəlil istifadə etmişdir. Lakin həmin imzalardan yalnız Mirzə Cəlil deyil, başqaları da istifadə etmişlər. Məsələn, “Lağlağı” imzası ilə C. Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məşədi Qurbanəli Şərifov, Əbdürrəhimbəy Haqverdiyev, Rzaqulu Nəcəfov istifadə etdiyi kimi “Mozalan” imzasından da Mirzə Cəlil, Ə. Haqverdiyev, Məşədi Qurbanəli və Salman Mümtaz da istifadə etmişlər.
    Beləliklə də, bir müəllifin bir neçə imzadan, bir neçə müəllifin bir imzadan istifadə etməsi kimi bir hal meydana gəlmişdir.
    Bir nəfərin bir neçə gizli imzadan istifadə etməsinin səbəbini mollanəsrəddinçi şair Əli Nəzmi sonralar Mirzə Cəlil haqqında yazdığı “Böyük jurnalist” adlı məqaləsində belə izah etmişdir:
    “Molla Nəsrəddin”in bəzi müxburləri olmuşdur ki, təsadüfən məcmuəyə bir və ya iki məktub göndərib xoşagələn imzalar atmışdır. Məsələn: Mozalan, Cırcırama, Sırtıq, Lağlağı, Hərdəmxəyal və s. Sonra isə bu imza sahiblərinin bəzisi idarə ilə heç bir əlaqə saxlamırdı. Mirzə Cəlil imzalar müxtəlif olsun deyə bu imzaların hamısından istifadə edər və yazdığı felyetonların, məqalələrin altında həmən imzaları yazardı”.
    Aydındır ki, bu cəhət gizli imzaları toplayıb müəyyənləşdirərkən bizim qarşımıza çıxan birinci ciddi çətinlik olmuşdur.
    Gizli imzaları toplayarkən müəllifin qarşısına çıxan maneələrdən biri də ərəb əlifbasının quruluşundan irəli gələn çətinliklərdir. Belə ki, həmin əlifbada “” hərfi ilə “” hərfinin müstəqil səsinin olmaması bu və ya digər imza haqqında qəti fikir yürütməyə əngəl törədir. Məsələ burasındadır ki, “” və ya “” hərflərinin səsi özündən sonra gələn hərflərdən asılıdır. Bir sıra müəlliflər isə bir qayda olaraq öz ad və familiyalarını yazarkən ancaq birinci hərfi göstərmişlər. Bunun nəticəsində bir hərfi müxtəlif səs və şəkillərdə oxumaq və yazmaq kimi bir çətinlik törənmişdir.
    Məsələn, “” hərfi ilə göstərilən imzaları, Eldar, Əkbər, İbrahim, Ordubadi, Özbək, Uluxanlı, Ümid kimi oxumaq da olar, habelə “” ilə yazılmış imzanı alaq. Bunu da –Abid, Eynulla, Əli, İsa, Osman, Ömər kimi oxumaq olar.
    Yaxud “” hərfləri ilə göstərilmiş imzaları Ələkbər Sabir, Abbas Səhhət, Əlipaşa Səbur, Abdulla Sur, Sənətulla Eynullayev, Əli Səbri və başqa şəkildə oxumaq və izah etmək də mümkündür. Buna bənzər başqa misallar da göstərmək olar. Məsələn: “” hərfləri ilə yazılmış imza sahiblərini, Əliağa Həsənov, Əli Hüseynzadə, Əbdürrəhimbəy Haqverdiyev, Ələkbər Heydərli, Üzeryir Hacıbəyov, Əliheydər Qarayev, Əliheydər Orucov kimi göstərmək mümkündür. Yaxud, “” hərfləri ilə imzalanmış yazıları — Abdulla Şaiq, Əli Razi Şəmçizadə, Əziz Şərif, Əli Şövqi, Abdulla Şövqi, Abbasov Şəmsəddin, Abbas Mirzə Şərifzadəyə istinad etmək olar.
    Ərəb əlifbası ilə bağlı olan daha bir maneə vardır. O da bir çoxlarının öz adları, atalarının adı, familiyaları, ya da şəhərlərinin adlarının baş hərflərini alıb birləşdirmələri, bunlardan bəzən mənalı, bəzən mənasız bir kəlmə də uyduraraq imza kimi onlardan istifadə etməlidir. Misal üçün:
    Məsa – Məmməd Səid Ordubadi
    Səma – Sultan Məcid Əfəndiyev
  • Lacivərd Məmmədovahat Zitat gemachtvor 7 Jahren
    Bakıda respublika əlyazmaları fonunda saxlanılan “Həyat” qəzetinin 1906-cı il komplektinin birinci nömrəsində Nəriman Nərimanovun əli ilə yazılmış belə bir qeyd var:
    “Nər”, “N”, “Arı bəy” imzaları ilə yazılan məqalələr bənimdir
  • Lacivərd Məmmədovahat Zitat gemachtvor 7 Jahren
    Şlinq — Oskar İvanoviç Şmerlin. “Molla Nəsrəddin”, “Xatabala”, “Eşmakis Matraxi”, “Tartan-partan”
  • Lacivərd Məmmədovahat Zitat gemachtvor 7 Jahren
    Cırcırama — Cəlil Məmmədquluzadə. “Molla Nəsrəddin
  • Lacivərd Məmmədovahat Zitat gemachtvor 7 Jahren
    Cingöz — Cəlil Məmmədquluzadə. “Molla Nəsrəddin”. 1909.
  • Lacivərd Məmmədovahat Zitat gemachtvor 7 Jahren
    Cimli Cim — Cəfər Cabbarlı. “Damğa”,1929.
    Cim-cim — Cəfər Cabbarlı. “Şərq qadını ”, 1925.
  • Lacivərd Məmmədovahat Zitat gemachtvor 7 Jahren
    Çujoy – Əzim Əzimzadə. “Baraban”, 1913.
    Çı — Üzeyir Hacıbəyov. “Azərbaycan” 1920.
  • Lacivərd Məmmədovahat Zitat gemachtvor 7 Jahren
    Çərənçi — Üzeyir Hacıbəyov. “Sovqat”, 1916.
  • Lacivərd Məmmədovahat Zitat gemachtvor 7 Jahren
    Çaydançapan — Tahirzadə Sabir. “Molla Nəsrəddin”. 1907.
  • Lacivərd Məmmədovahat Zitat gemachtvor 7 Jahren
    Halvaçalan — Cəlil Məmmədquluzadə. “Molla Nəsrəddin”. 1908.
fb2epub
Ziehen Sie Ihre Dateien herüber (nicht mehr als fünf auf einmal)