Amma ürəyinin lap dərinliyində hələ də bir şübhə var idi: bəs Yaradan mövcud olsa necə? Minilliklər boyu bəşəriyyət intiharı tabu, bütün dini prinsiplərə qarşı təhqir hesab etmişdir: insan yaşamaq uğrunda mübarizə aparmalı, təslim olmamalıdır. İnsan nəsli davam etdirilməlidir. Cəmiyyətə işçilər lazımdır. Bir cütlük arasında məhəbbət bitsə belə, birlikdə yaşamaq üçün səbəb olmalıdır. Ölkəyə əsgərlər, siyasətçilər, incəsənət xadimləri gərəkdir.